"Melodrama janrında olan filmlərə elə də maraq yoxdur. Həm də insanlar da belə bir psixologiya var ki, filmə gedib baxmağa ərinirlər. Biz film çəkəndə "Nə vaxt efirdə yayımlanacaq? "Youtube"da nə vaxt yerləşdiriləcək? kimi suallar verirdilər" Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Günay İbrahimli deyib.
Müğənni baş rola çəkildiyi "Sadəcə sev" filmindən də danışıb: "Mən riskə gedib çəkildim. Bu film mənim karyeramda unudulmaz bir hiss olaraq qalacaq. Həm də aktrisalıqla məşqul olmaq da xoşdur. Bu gün də film təklifləri olur. Amma ssenarini bəyənmirəm. Ssenaridə bəyənmədiyim şey açıq-saçıq səhnələrdir.”
Müğənni sosial şəbəkədə izləyicilərinin ona ünvanlanan suallardan da danışıb: "Məni sosial şəbəkədə izləyənlərin yarısı geyimimə görə izləyir. Tez-tez soruşurlar ki, bu geyimi hardan almısız. Hətta onunla bağlı zənglər gəlir ki, filan geyiminizi satmırsız. Nə vaxtsa paltarlarımı satışa çıxartmaq istəyirəm. Onda da aşağı qiymətə sataram”
Nazim Qasımzadə,
AZXEBER.COM
AZXEBER.COM