'Bizə atılmış hər bir gülləyə ikisi ilə cavab verməliyik' - Millət vəkili
16:29 09.06.2012
1580
Son günlər cəbhə xəttində baş verən hadisələr Azərbaycan əsgərini qətlə yetirməkdən daha çox, ABŞ dövlət katibi Hillari Klintonun səfərinə, Amerikanın maraqlarına, region üçün gündəmə gətirilən məsələlərə, yeni planlara və Amerikanın strateji planlarına qarşı atılan güllələrdir. Millət vəkili Zahid Oruc SİA-ya açıqlamasında deyib ki, hər bir Azərbaycan vətəndaşının həyatına qəsb edilməsi bizi ağrıdır və insanları hiddətləndirir. Millət vəkilinin fikrincə, müharibənin bu variantda davam etdirilməsi ölkənin maraqlarına ciddi zərbə vurur.