"Bizi aldatdılar, döyüşmək istəmirik" - Əsir düşən rus əsgərlərindən şok SÖZLƏR

"Bizi aldatdılar, döyüşmək istəmirik" - Əsir düşən rus əsgərlərindən şok SÖZLƏR
DÜNYA
14:36 28.02.2022
530
Dindirilən rus əsgərlərinin sözləri ukraynalıları təəccübləndirib.

AZXEBER.COM xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi "Telegram” hesabında rus əsgərlərinin əsir düşdüyü video görüntüləri ictimaiyyətlə paylaşıb. 

Görüntülərdə bəzi rus əsgərlərinin "Dedilər təlim var, ona görə gəldik. Bizi aldatdılar, biz döyüşmək istəmirik" deməsi diqqət çəkib.

Özünü Paktışev kimi təqdim edən əsgərin ailəsinin 3 üzvü bu görüntülərə çox təəccübləndiklərini bildirib.  

Paktişevin bacısı Yelena Polivtseva deyib: "Qardaşımın gecə əsir götürülməsinin kadrlarını mənə göndərdilər. Mən tamamilə şoka düşdüm. Onun orada döyüşdüyünü bilmirdim. Qardaşımın döyüşə könüllü getdiyini düşünmürəm”.

Ukrayna hakimiyyətinin paylaşdığı videolarla bağlı Rusiya administrasiyası hələlik dəqiq açıqlama verməyib. 

Onu da qeyd edək ki, Ukrayna Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti və inkişafları izah edən bəyanat yayıb. Rus qoşunlarından 4500 əsgərin həyatını itirdiyi bildirilib.

Ukrayna Səhiyyə Nazirliyi isə müharibədə 14-ü uşaq olmaqla 352 mülki şəxsin həlak olduğunu açıqlayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR