"Bizi artıq birlikdə görmürsünüz, çünki..." - Pərviz Türkandan danışdı

"Bizi artıq birlikdə görmürsünüz, çünki..." - Pərviz Türkandan danışdı
MAQAZİN
12:13 22.12.2025
220
"Türkan yolunu dəyişib, onu dəstəkləyirəm. Amma mən onun getdiyi yol ilə gedə bilmədiyim üçün, bizi daha birlikdə görməyəcəksiniz".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri meyxana ustası Pərviz Bülbülə "İncə səhər" verilişinə müsahibəsində deyib.
 
Pərviz, Türkanın repertuar dəyişməsinə münasibət bildirib:
 
"Biz birlikdə gözəl işlər görmüşük. Mən onu deyim ki, Türkanın repertuar dəyişməsini, onun bu ifalarını bəyənmirəm, amma qərarını dəstəkləyirəm. Aramızda küsülülük yoxdur, amma mən Türkanın yolu ilə gedə bilmədiyim üçün, bizi artıq birlikdə görməyəcəksiniz. Türkan əvvəllər də xalq mahnıları oxumuşdu, uğursuz olmuşdu. Onu xalq məhz tərzinə görə sevmişdi. Mən açığı onun indiki ifalarını bəyənmirəm. Nə üçün belə qərar verdi, 6-8 ritmini nə üçün bəyənmədi, başa düşə bilmirəm. Hər halda yenə də yolu uğurlu olsun".
 
Aysel
OXŞAR XƏBƏRLƏR