Qol vurmaq hər zaman xoşdur. Bu, mənim üçün ən başlıca hədəf deyil, amma özünəinam baxımından yaxşı haldır. İki qol vursam da, ən önəmlisi, qalib gəməyimiz və yaxşı oynamağımızdır.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu "Çelsi" klubunun futbolçusu Eden Azar İngiltərə Premyer Liqasının XII turunda "Vest Bromviç" üzərində 4:0 hesablı qələbəni və vurduğu 2 qolu şərh edərkən deyib.
London təmsilçisi noyabrın 22-də Çempionlar Liqasının (ÇL) V turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq. 26 yaşlı belçikalı yarımmüdafiəçi hesab edir ki, "Çelsi"ni qarşıda çətin həftə gözləyir: "Çünki "Qarabağ"la oynayırıq, ardınca "Liverpul" səfərinə gedirik. Liderlər qrupunda qalmaq istəyirik".
Qeyd edək ki, "Çelsi" hazırda İngiltərə Premyer Liqasında 25 xalla 3-cü sırada qərarlaşıb və lider "Mançester Yunayted"dən 9 xal geri qalır. ÇL-də isə 7 xalla 2-ci pillədə yer alan "zadəganlar" İtaliya "Roma"sından 1 xal az toplayıb. İspaniya "Atletiko"su 3 xalla 3-cü, "Qarabağ" isə 2 xalla sonuncu yerdədir.