"Bizi öldürməyə gəlirlər" deyən əfqan qızı Türkiyə xilas etdi

"Bizi öldürməyə gəlirlər" deyən əfqan qızı Türkiyə xilas etdi
DÜNYA
15:09 17.08.2021
948
Məşhur Əfqan kinorejissoru Türkiyəyə təşəkkür edib.

Məşhur Əfqanıstan kinorejissoru Sahra Kərimi "Taliban"ın Əfqanıstanın paytaxtı Kabilə girəndə çəkdiyi və sosial şəbəkədə paylaşdığı video ilə dünya miqyasında təsir bağışlayıb.

AZXEBER.COM xarici mediasına istinadən xəbər verir ki, Sahra Kərimi "Bizi öldürməyə gəlirlər" deyərək vəziyyətin dəhşətini dünyaya səsləndirib.
 
2012-ci ildə Çexiya və Slovakiyada təhsil alan və sonra Əfqanıstana qayıdan rejissor Sahra Kərimi sosial şəbəkə hesablarında "Taliban" paytaxt Kabilə girəndə şəhərdə baş verənlərlə bağlı bir video paylaşıb. Əfqanıstanda dövlət tərəfindən dəstəklənən "Əfqan Film" film şirkətinə rəhbərlik edən ilk qadın Kərimi Kabil küçələrində hökm sürən qorxunc atmosferi dünya ilə bölüşüb.

35 yaşlı kinorejissor Sahra Kərimi "İnstagram" hesabında paylaşdığı video ilə Talibanın girdiyi Kabul küçələrində fövqəladə atmosferi əks etdirib. Videoda Kəriminin "Taliban şəhərə girdi və biz qaçırıq. Hamı qorxur" dediyini eşitmək olur.

Səhra Kərimi öz "Twitter" hesabında etdiyi paylaşımda isə bunları söyləyib: "Taliban Kabili mühasirəyə aldı. Bir az pul çıxarmaq üçün banka gedəcəyəm, hər yeri bağlayıb evakuasiya etdilər. Hələ də bunun kim tərəfindən edilməyinə inanmadım. Zəhmət olmasa bizim üçün dua edin. Böyük dünya, xahiş edirəm susma, bizi öldürmək üçün gəlirlər."

Səhra Kəriminin paylaşımı sosial şəbəkələrdə yayılandan sonra səfirliklər və beynəlxalq təşkilatlar məşhur rejissoru Kabildən xilas edə biliblər. Kərimi təxminən bir saat əvvəl tvitində "Mən sağam" bölüşərkən onu xilas etmək üçün dərhal hərəkətə keçən Türkiyəyə, Ukraynaya və Slovakiyanın Xarici İşlər Nazirliyinə təşəkkür edib.

Qeyd edək ki, bu üç ölkə və qurumun daha 11 nəfərin Kabildan qaçmasına kömək etdiyini dilə gətirən Kərimi dünyadakı təşəkkürünü "Twitter"də paylaşıb.

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR