‘Bizi parlamentə millət gətirib…’ - Hakan Şükürdən Ərdoğana cavab

‘Bizi parlamentə millət gətirib…’ -  Hakan Şükürdən Ərdoğana cavab
DÜNYA
13:02 18.12.2013
1233

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından istefa verən millət vəkili Hakan Şükür baş nazir Rəcəb Tayyib Ərdoğanın “Hakan əgər səmimidirsə, millət vəkilliyindən də istefa etməlidir” çağırışına cavab verib.

O, hələ ki, millət vəkilliyindən istefa etmək fikrinin olmadığını bildirib: “Hazırda parlamentdən istefa etmək fikrim yoxdur. Ora millətin məclisidir, bizi də ora millət gətirib…”.

Qeyd edək ki, bu gün Hakan Şükürün Türkiyə Böyük Millət Məclisindəki ( TBMM) Dopinq Araşdırma Komissiyasının mətbuat katibliyi vəzifəsinə də xitam verilib. Bu qərar parlamentin daxili qanunvericiliyinə əsasən verilib. Qanunvericiliyə əsasən, TBMM-dəki Dopinq Araşdırma Komissiyasında hakim partiyadan 10, Cümhuriyyət Xalq Partiyasından (CHP) 4 , Milliyətçi Hərəkat Partiyasından (MHP) isə 2 millət vəkili olmalıdır.

Xatırladaq ki, dekabrın 16-sı axşam saatlarında sabiq futbolçu, millət vəkili Hakan Şükür Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

Məlumata görə, istefaya səbəb hakim partiya tərəfindən özəl tədris kurslarının bağlanması siyasətinin yürüdülməsi olub.

Məsələyə münasibət bildirən Baş nazir Rəcəb Tayyib Ərdoğan Hakan Şükürü millət vəkilliyindən də istefa verməyə çağırıb.(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR