"Bizim bir namizədimiz var - Qurban Qurbanov"

"Bizim bir namizədimiz var - Qurban Qurbanov"
İDMAN
16:31 02.11.2017
1289
"Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərlə bağlı müzakirələr aparıldıqdan sonra konkret nəsə demək olar. İndiki halda yalnız bir vətəndaş kimi, öz mövqeyimi bildirə bilərəm. Bu gün söhbət yerli mütəxəssis ətrafında gedirsə, bizim bir namizədimiz var - Qurban Qurbanov. Ümumi fikir bu cürdür". 
Bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıda Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq. V.Sadıqovun sözlərinə görə, yalnız konkret namizədlər ətrafında fikir söyləmək olar: "Sabahkı iclasada fikir mübadiləsinin hansı istiqamətdə aparılacağını bilmirəm. Bəlli adlar olsaydı, rahat danışa bilərdim. Çox mühüm məqamdır. Elə qərar verməliyik ki, yığma indikindən də yaxşı nəticələr əldə etsin".

Təcrübəli mütəxəssis Q.Qurbanovun həm yığmada, həm də "Qarabağ"da çalışmasına dair təklif olunan varianta da münasibət bildirib. O deyib ki, bir məşqçinin eyni anda iki yerdə çalışmasına müvəqqəti olaraq icazə vermək olar: "Bütün sahələrdə olduğu kimi, bu gün futboldakı inkişafımız da göz qabağındadır. "Qarabağ"ın son uğurları, millinin ilklərə imza atması buna sübutdur. Bundan sonra da işimizi elə qurmalıyıq ki, həm milli komanda, həm də "Qarabağ" üçün qazanc əldə etmiş olaq. Bir məşqçinin eyni anda iki yerdə çalışmasına müvəqqəti olaraq, icazə vermək mümkündür. Lakin yeni gələcək mütəxəssis gərək fikrini bir yerə yönəltsin. Çünki qarşıda 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsi ilə yanaşı, Millətlər Liqası da var. Belə durumda iki yerdə çalışmaq məşqçinin özü üçün də çətin olar. Millinin baş məşqçisinə hamımız dəstək olmalıyıq. Hamımız ümumi iş üçün çalışırıq, daha böyük nəticələr əldə etməkdən ötürü səy gəstəririk".

Qeyd edək ki, Azərbaycan milli komandasının hazırkı baş məşqçisi Robert Prosineçkinin üç illik müqaviləsinin müddəti dekabrda başa çatır. Tərəflər artıq əməkdaşlığı davam etdirməyəcəklərini açıqlayıblar. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məmməd İsmayıl Tovuzda dəfn olundu
15:07 20.08.2025
Məmməd İsmayıl Tovuzda dəfn olundu
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
14:57 20.08.2025
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
14:44 20.08.2025
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
14:43 20.08.2025
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
14:36 20.08.2025
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
14:12 20.08.2025
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
14:05 20.08.2025
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
13:56 20.08.2025
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
13:54 20.08.2025
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:52 20.08.2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var?  - Kosmetoloq açıqladı
13:50 20.08.2025
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var? - Kosmetoloq açıqladı
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
13:27 20.08.2025
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik