“Bizim borcumuzun infrastruktura heç bir aidiyyəti yoxdur” - İlham Əliyev

“Bizim borcumuzun infrastruktura heç bir aidiyyəti yoxdur” - İlham Əliyev
Siyasət
10:46 23.01.2019
4019
Azərbaycanın təkcə başqa ölkələrə deyil, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var.
 
AZXEBER.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada aparıcının sualını cavablandırarkən deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bizim uzun illərdir ki, strategiyamız qazandığımızdan daha az xərcləməkdən ibarət olub. Yaxşı olardı ki, bu fərq daha da böyük olsun. Buna görə biz üzərimizə borc yığmamışıq. Daxili borca gəlincə, o, çox aşağıdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 19 faizinə bərabərdir. Bizim bunu 10 faizə endirmək üçün strategiyamız var. Buna görə də bayaq da qeyd etdiyim kimi, Azərbaycanda həyata keçirdiyimiz bütün infrastruktur layihələri, yəni, qeyd etdiyim kimi, ölkələri bir-birinə birləşdirən layihələr borcsuz həyata keçirilmişdir. Biz iyirmi il bundan əvvəl - o qədər inkişaf etmədiyimiz və kasıb olduğumuz zaman borc götürmüşdük və borc götürmək məcburiyyətində idik. Bizə borc verən həmin maliyyə institutlarına minnətdarıq. İndi biz borc veririk”.

İlham Əliyev vurğulayıb ki, indi Azərbaycanın təkcə başqa ölkələrə investisiya yatırmaq yox, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var:

"Eyni zamanda, biz digər ölkələrdə həyata keçirilən infrastruktur layihələri üçün borc pul veririk. Bizim borcumuzun infrastruktura heç bir aidiyyəti yoxdur. Lakin biz infrastruktura investisiya yatıranda dərhal vəsaitimizin geri qaytarılmasını gözləmirdik. Biz başa düşürük ki, geri qayıdacaq gəlir birbaşa olmayacaq. Siz yol tikdiyinizə görə pul qazanmayacaqsınız. Lakin siz mallarını bazara gətirmək üçün bu yoldan istifadə edənlər tərəfindən ödənilən vergilərdən qazanacaqsınız. Ya da bizim ərazidən tranzit kimi Şərqdən Qərbə və əks istiqamətdə istifadə edənlər tərəfindən ödənilən vəsaitdən qazanacağıq. Bu da sərmayədən geri qayıdan bir gəlirdir. Lakin hesab edirəm ki, daxildə infrastruktura və regional əməkdaşlığa sərf etdiyimiz vəsait ola bilsin on ildən sonra geri qayıtsın”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır