Müğənni Kərim Abbasov illərlə küsülü olduğu mərhum sənətçi Rəhim Rihimlinin məzarını ziyarət edib.
AZXEBER.COM xəbər verir ki, həmin kadrlar "Rəngarəng" verilişində göstərilib.
Kərim, ürəyində olan və illərlə gizli saxladığı sözləri sənətçinin məzarında ona dediyini bildirib:
"Getdim onun məzarına, ayaq tərəfində oturdum. Bir xeyli söhbətləşdik, dərdləşdik. Ürəyimdə olan bütün sözləri ona dedim. Dedim ki, bizim çox yaxşı dostluğumuz var idi, amma aramıza girdilər, münasibətimizi soyutdular. Səni o dərəcəyə çatdırdılar ki, mənə qadağalar qoydun, pislik etdin. Amma mənim Rəhimin sənətinə simpatiyam var idi. Mən onu həmişə çox istəmişəm. O indi haqq dünyasındadır. Allah ona rəhmət eləsin".
Aysel










































