Dövlət başçısı idmançıların mükafatlandırılması mərasimində iştirak edib.
Bakı və Azərbaycan dünyanın ən təhlükəsiz şəhəri və dövlətlərindən biridir. AzTV dövlət telekanalının məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi dövlətimizin gücünü nümayiş etdirəcək”, - deyə dövlət başçısı 2014-cü ilin yekunlarına görə idmançıların və idman müətəxəssislərinin mükafatlandırılması mərasimində vurğulayıb.
İ.Əliyev əminlikdə bildirib ki, “Bakı-2015” birinci Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. O qeyd edib ki, bu istiqamətdə təşkilati işlər müəyyən edilmiş qrafikə əsasən aparılır.
“Yalnız güclü ölkələr bu cür iri idman tədbirləri keçirə bilər. Azərbaycan güclü dövlətdir. Son illər ərzində həyata keçirilən islahatlar nəticəsində ölkəmiz kifayət qədər möhkəmlənib, güclü iqtisadiyyata malikdir, siyasi proseslər mübət məcrada inkişaf edir”, - deyə prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq arenada böyük hörmətə malikdir. Bu barədə AZXEBER.COM İnterfax-a istinadən məlumat verir.
Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda bir neçə beynəlxalq yarış keçirilib və bu, davamlı hal alıb.
Ölkənin idman infrastrukturunun inkişafına toxunan dövlət başçısı qeyd edib ki, hazırda 9 rayonda Olimpiya kompleksləri inşa edilir, regionlarda idman-olimpiya strukturlarının ümumi sayı isə 41-ə çatıb.
“İdman dünyasında beynəlxalq qurumların bütün rəhbərləri Azərbaycanın nailiyyətləri barədə danışırlar. Bu oyunlar bir daha gənc, müstəqil Azərbaycanın böyük nailiyyətlərə imza atdığını və dünyaya açıq olduğunu nümayiş etdirməyə imkan verəcək. Bizim dövlətimiz müasir olmaqla yanaşı, eyni zamanda öz mədəni və tarixi köklərinə bağlıdır”, - deyə İ.Əliyev bildirib.
Prezident vurğulayıb ki, Azərbaycanda təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir.