‘Bizim əsgərlər mərddilər, qəhrəmandılar’ - Nazir

SİYASƏT
00:20 21.04.2014
1501

"Bizim əsgərlər mərddilər, qəhrəmandılar, heç kimdən və heç bir düşməndən qoxmurlar"

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun açıqlamaları lap yerinə düşdü. Ay ruslar ordan gəldi, ay ermənilər bu tərəfdən hoppandı tipli təşfiş yaradan insanların qulaq dibi arayışlarına bundan tutarlı cavab olmazdı.

Zakir Həsənov öyrədilmiş mətnləri, bir-iki şablon cümləni bir-birinin quyruğuna bağlayaraq heç kəsin xətrinə dəyməyən bir məmurun yanaşmasından fərqli şəkildə, hamının anlayacağı bir tərzdə bildirdi ki, vətəndaş özünü rahat hiss edə bilər. Hər şey nəzarət altındadır. Təyin olunandan sonra demək olar ki, cəbhədən, səngərdən çıxmayan nazirin dedikləri öz sələfindən bir cəhətilə də fərqlənirdi. Nazir danışır və dediklərinə ürəkdən inanırdı. O, həm əsgərlərimizin döyüş ruhundan, həm də cəmiyyətin bəzi zəif təbəqələrində ara-sıra özünü göstərən Kreml xofundan da soyuqqanlı bir inamla danışdı.

Zakir Həsənov: “Mən Azərbaycana qarşı təhdidlər görmürəm, Azərbaycan stabil inkişaf edən bir dövlətdir. Bu gün bütün sahələrdə inkişaf getdiyi kimi, Azərbaycan ordusu da inkişaf edir. Siz özünüz daim müşahidə edirsiz ki, Azərbaycan ordusu yeni silahlarla təchiz edilir. Gələcəkdə də bu proses davam etdiriləcək. Cənab prezidentin qayğısı nəticəsində Azərbaycan ordusu günü-gündən inkişaf edir. Mən bir hərbçi kimi xüsusilə qeyd etmək istəyirəm ki, cənab prezidentin etimadını doğrultmaq üçün gecə-gündüz çalışıram. Bundan sonrada da qarşıda duran bütün məsələləri yerinə yetirməyə hazır olacağıq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bizim əsgərlər mərddilər, qəhrəmandılar, heç kimdən və heç bir düşməndən qoxmurlar. Qarşıda duran bütün vəzifələri yerinə yetirmək və vətəni müdafiə etməyə hazırdırlar”.

OXŞAR XƏBƏRLƏR