“Bizim həyət” layihəsinə start verildi

“Bizim həyət” layihəsinə start verildi
SOSİAL
11:37 25.12.2017
783

Yaşıllıqların qorunmasına, sağlam gənc nəslin yetişdirilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyinin və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsinə start verilmişdir.

 

AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən layihəyə ilk olaraq Bakının Nəsimi rayonu qoşulmuşdur ki, layihə çərçivəsində abadlaşdırılan ilk həyət həmin rayonun Hüseyn Seyidzadə küçəsində olmuşdur. Dekabrın 23-də abadlaşdırılan həyətin sakinləri, o cümlədən təbiətsevər gənclərin iştirakı ilə ərazidə ağacəkmə aksiyası keçirilmişdir.

 

"Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

 

Nəsimi rayon icra hakimiyyətinin dəstəyi ilə "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilmiş, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınmışdır. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

 

Sakinlərin istək və maraqlarını nəzərə alaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilmişdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
12:57 16.05.2025
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
12:53 16.05.2025
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir
12:49 16.05.2025
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir
Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir
12:42 16.05.2025
Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
12:32 16.05.2025
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
Kursantlara bir sıra normalar tətbiq ediləcək
12:28 16.05.2025
Kursantlara bir sıra normalar tətbiq ediləcək
Yeni ticarət mərkəzi ilə bağlı - Rəsmi açıqlama
12:27 16.05.2025
Yeni ticarət mərkəzi ilə bağlı - Rəsmi açıqlama
Prezident Tiranada Antonio Koşta və fon der Lyayen ilə görüşdü
12:25 16.05.2025
Prezident Tiranada Antonio Koşta və fon der Lyayen ilə görüşdü
Tramp: İlk fürsətdə Putinlə görüşəcəyəm
12:21 16.05.2025
Tramp: İlk fürsətdə Putinlə görüşəcəyəm
Heyli Bolduini Castin Biberdən boşanır
12:13 16.05.2025
Heyli Bolduini Castin Biberdən boşanır
AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
12:08 16.05.2025
AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət
12:04 16.05.2025
Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət
Gəncənin deputatı Elgün haqda danışdı: “Cinayətkar cəzasız qalmayacaq”
11:58 16.05.2025
Gəncənin deputatı Elgün haqda danışdı: “Cinayətkar cəzasız qalmayacaq”
38 yaşlı sabiq məmur həbsxanada öldü
11:45 16.05.2025
38 yaşlı sabiq məmur həbsxanada öldü
Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr - SİYAHI
11:43 16.05.2025
Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr - SİYAHI
İradə və Hikmət Elgün üçün çağırış etdi
11:42 16.05.2025
İradə və Hikmət Elgün üçün çağırış etdi