“Bizim işimiz hökuməti şərləməkdir” – Qənimət Zahiddən şok açıqlama + Video

SİYASƏT
15:16 29.06.2020
2157
Milli Şuranın virtual iclasının daha bir videosu yayılıb.

Bundan əvvəl yayılan videolar kimi bu iclasda da ciddi siyasi mövzulardan deyil, lağlağı və zarafatlar üstünlük təşkil edib. Amma toplantıda Fransada yaşayan jurnalist Qənimət Zahidin bəzi etirafları şok effekti yaradıb.

Belə ki, Q. Zahid az sonra canlı efirə çıxacağını bildirib və buna görə də virtual iclası tərk edəcəyini qeyd edib. Bu zaman toplantıda iştirak edən Rahim Hacıyev bundan əvvəlki verilişdə Q. Zahidin devalvasiya ilə bağlı müzakirə zamanı bəzi yanlış məlumatlar verdiyin xatırladıb və onu "diqqətli olmağa” çağırıb.

Q. Zahidin isə bu irada cavabı belə olub: "Olsun. Bizim işimiz hökuməti şərləməkdir!” 
 
///Yeni Sabah
 

OXŞAR XƏBƏRLƏR