“Bizim Market” cərimələndi

İQTİSADİYYAT
13:38 18.05.2022
276
"Bizim Market” şirkəti karantin rejim qaydalarını pozduğu üçün cərimələnib.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə qərar Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib.

Qeyd edək ki, "Bizim Market” şirkətinə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə protokolu yazılmışdı.
OXŞAR XƏBƏRLƏR