"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi

"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
MAQAZİN
16:35 23.06.2025
307
Rejissor Aqil M. Quliyev "Efirdən kənar" youtube layihəsinə qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, o, ən uzun müddətli film layihəsindən danışıb.
 
Rejissorun sözlərinə görə layihənin ərsəyə gəlməsi 10 il çəkib:
 
"2011-cii ldən başlayaraq demək ola ki, 10 il ərzində hissə-hissə bədii film çəkmişəm. Hazırda tamamlanma işləri gedir. Onu köhnə texnoloji vasitələrlə çəkmişəm. O filmdə qədim türk mifalogiyasından danışılır. Onu iki il işlədim və anladım ki, bizim publika buna hazır deyil, ona görə yarımçıq saxladım. Sovet hökuməti bizi özümüzdən o qədər ayrı salmışdı ki, qədim türk elementləri unudulmuşdu,  indi yenidən qayıdırıq özümüzə və hiss edirəm ki, onu hazır etmək lazımdır. Orada "Şaman qadın"ı rolunu Amaliya Pənahova oynayıb. O qriminə və geyiminə o zaman min dollar pul xərcləmişdi. Çox maraqlı olacaq".
 
Aysel
OXŞAR XƏBƏRLƏR