“Bizim siyasət anlayışımızda millətdən küsmək yoxdur” – Ərdoğan

DÜNYA
16:45 25.06.2019
2394
"Bundan sonra fəaliyyətimizi davam etdirəcəyik. Bizim siyasət anlayışımızda millətə küsmək, hələ-hələ milləti ittiham etmək əsla və əsla yoxdur. Tam əksinə, istər 31 martda, istər 23 iyunda millətimizə özümüzü niyə başa sala bildiyimizin diskussiyasını aparacağıq. Bu dəyərləndirmənin nəticəsinə görə də atmağımız lazım olan addımları həyata keçirəcəyik”.

Bu sözləri AKP-nin qrup iclasında çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bazar günü keçirilən seçki şəhərimizə və ölkəmizə fayda gətirməsini diləyirəm. Qeyri-rəsmi nəticələrə görə, İstanbul bələdiyyə sədri seçilən CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm. İstanbul əhalisinin qərarının başımız üstündə yeri var.

31 martda keçirilən seçkilərdə bələdiyyə məclisindəki yerlərin əksəriyyətini partiyamız qazanıb. Əlbəttə, biz Binəli bəyin seçkini qazanmasını arzuladıq. Göstərdiyi səy üçün özünə bir daha təşəkkür edirəm.

Binəli bəy bürokrat, millət vəkili, baş nazir və parlament sədri kimi bu günə kimi xidmətlərini göstərib. İstanbula namizəd göstərilmişdi, amma İstanbul xalqının seçimi bu şəkildə formalaşdı. Bizim üçün əsl vacib olan milli iradənin ən sağlam formada təcəlli etməsidir. Son seçkidə qazanclarımızdan da daha vacibi milli iradənin təcəlli etməsi ilə tərəddüdlərin aradan qalxması baxımından vacibdir. Türkiyənin əsl seçkisi 31 martda şübhəsiz qalib olan isə Cumhur İttifaqıdır.

Keçən bazar gün seçkidə səslərin 45%-ni qazandıq. Fəqət bu udmağımıza kifayət etmədi. 2023-cü ilə qədər Cumhur İttifaqı ilə İstanbulda sahib olduğumuz 25 rayon bələdiyyəsi və 180 bələdiyyə məclisi nümayəndələri ilə xalqımıza ən gözəl xidmətləri göstərəcəyik.

İndi qarşımızda prezident və parlament seçkisi üçün 4 illik, bələdiyyələr üçün 5 illik fasiləsiz icraat dövrü var.

Bundan sonra fəaliyyətimizi davam edəcəyik. Bizim siyasət anlayışımızda millətə küsmək, hələ-hələ milləti ittiham etmək əsla və əsla yoxdur. Tam əksinə, istər 31 martda, istər 23 iyunda millətimizə özümüzü niyə başa sala bildiyimizin diskussiyasını aparacağıq. Bu dəyərləndirmənin nəticəsinə görə də atmağımız lazım olan addımları həyata keçirəcəyik”. /// Avropa.info

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:24 28.05.2020

Qətərin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

23:22 28.05.2020

Şagirdlər Respublika Gününü belə qeyd etdi-Video

23:04 28.05.2020

Türkiyə Super Liqası bu tarixdə bərpa ediləcək - RƏSMİ

22:38 28.05.2020

İngiltərədə ilk: hicablı qadın hakim təyin olundu

22:15 28.05.2020

İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir"

22:13 28.05.2020

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum oldu - STATİSTİKA

22:03 28.05.2020

Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər"

22:00 28.05.2020

Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü -FOTO - VİDEO

21:48 28.05.2020

Prezident: "Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar"

21:34 28.05.2020

Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı

20:54 28.05.2020

Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü

20:04 28.05.2020

Gürcüstan Ermənistana koronavirusla mübarizədə kömək təklif etdi

19:38 28.05.2020

Azərbaycanda bu günə qədər 4 759 nəfər koronavirusa yoluxub, 56-sı ölüb

19:25 28.05.2020

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

19:23 28.05.2020

Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi

19:06 28.05.2020

Qanunsuz it döyüşləri təşkil edənlər həbs edildi - RƏSMİ