“Bizim Süfrə” mayonezlərinin müxtəlif zamanlarda həyata keçirdiyi kampaniyalar həmişə rəngarəng olub. AZXEBER.COM-un məlumatına görə, növbənöv salatların hazırlanma sirrini kəşf edən “Bizim Süfrə” mayonezləri noyabr ayında keçirilən “Bizim Süfrə Dad Sirrini Kəşf etdi” adlı sms kampaniyasında, 140.000 Azərcell abonentinə sms göndərmiş və ünvanını ilk düzgün göndərən 100 istifadəcinin evini ziyarət edərək hədiyyələri təqdim etmişdir.
“Bizim Süfrə” markası ilə “Bizim Süfrə” mayonezləri ilk dəfə 2009-cu ilin fevral ayında bazara çıxarılmışdır. İki il ərzində bəyənilən və sevilən “Bizim Süfrə” mayonezləri hər bir salatın, yeməyin ayrılmaz hissəsinə çevrilmişdir.