‘Bizim üçün iqtidar-müxalifət fərqi yoxdur’ - Tünzalə Ağayeva

SİYASƏT
13:01 02.05.2013
2567

"Xalqımızdan olan hər bir insan statusundan, nə işin sahibi olmasından asılı olmayaraq, bizim millətin övladlarıdır. Onların hamısı bizim gözümüzdə eynidir". AZXEBER.COM-un“hafta-ichi.az” saytına istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Tünzalə Ağayeva, müğənni Nazpəri Dostəliyevanın Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlunun toyunda iştirakıyla bağlı qalmaqala fikir bildirərkən deyib: "Hər birimizin millət qarşısında, millətimizin üzvləri qarşısında daşıdığı məsuliyyət var. Sənətçi olaraq millətimizin üzvlərinə ayrı-seçkilik etmək hüququmuz yoxdur. Nazpəri xanımın o toyda iştirak etməsini həddindən artıq şişirdirlər. İnanmıram ki, buna görə hansısa telekanal Nazpəri xanıma qadağalar qoysun. Çünki yetərincə azad demokratik cəmiyyətdə yaşayırıq. Biz sənətçilər üçün iqtidar-müxalifət fərqi yoxdur”, deyə müğənni bildirib. Onun sözlərinə görə, kiminsə məclisində oxumaq, iştirak etmək olduqca normal bir haldır: “Bu heç bir halda vətənə, millətə, dövlətə, dövlət başçısına xəyanət kimi qiymətləndirilə bilməz. İnsanların öz ölkəsinin dəyərlərinə xəyanəti belə şeylərlə ölçülmür. Bu cür söhbətlər heç kimə başucalığı gətirməz. Nazpəri xanımın o toyda iştirakını məqsədli şəkildə şişirdənlər ən azı utanmalıdır. Bilirsiniz, incəsənət adamları bu xalqdan olan hər kəsindir. Sənət bu baxımdan çox azaddır. Mənim qarşınızda çıxışım sizin siyasi baxışınızdan necə asılı ola bilər? Önəmli olan saf, düzgün, vicdanlı insan olmağınızdır. Sizin siyasi baxışınız nə olursa-olsun siz vicdanlı birisinizsə, mən də sizin toyunuzda iştirak edərəm".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb