“Bizim Yol”un əsassız xəbəri erməniləri sevindirdi

“Bizim Yol”un əsassız xəbəri erməniləri sevindirdi
MEDİA
01:32 22.08.2011
4794

Avqustun 20-sində “Bizim Yol” qəzeti “Əbülfəz Qarayev Rəsulzadəyə qadağa qoyub” başlıqlı xəbər dərc edib. Xəbərdə qəzet Mədəniyyət və Turizim Nazirliyi kinostudiyalara və nazirliyin rayon-şəhərlərdəki idarələrinə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı film çəkmək və tədbirlər təşkil etməyi yasaq edən təlimat göndərməsi barəsində informasiya dərc edib. Bununla yanaşı məlumatda bildirilir ki, nazir Əbülfəz Qarayevin imzası ilə göndərilən təlimatda Rəsulzadə ilə bağlı tədbirlər dövlətin hazırki ideologiyası ilə ziddiyyət təşkil edir. Qəzet xəbəri etibarlı mənbədən aldığını irəli sürür. (Daha ətraflı məlumat üçün: https://bizimyol.az/?mod=news&act=view&nid=51458)

AZXEBER.COM portalı isə Ermənistan mətbuatının məsələyə necə yanaşması ilə bağlı kiçik bir araşdırma aparıb. Araşdırma nəticəsində, düşmən ölkənin bir sıra öndə gedən xəbər portalları və qəzetləri bu informasiyanı manşetlərində dərc etdikləri ortaya çıxıb. Buna misal olaraq Ermənistanın “news.am” portalı, “Bizim Yol” qəzetinə istinad edərək xəbəri təhrifedici başlıqla yayımlayıb. Portal “Azərbaycan öz banisini silməyə çalışır” başlığı ilə xəbəri yayımlayaraq həm Azərbaycan xalqına həm də Azərbaycanın tarixi şəxsiyyətinə qarşı təhqiredici informasiya dərc edib. Xəbərin içərisində isə, məlumatlar qəzetdə olduğu kimi deyil ənənəvi erməni mövqeyi ilə əks etdirilib. (Daha ətraflı məlumat üçün: https://news.am/rus/news/71514.html)

P.S Bu cür informasiyalar yayımlayarkən mətbuatımız düşmən ölkə mətbuatının mövcudluğunu nəzərə alsa bu xalqımız üçün ən etibarlı informasiya olar. Əks təqdirdə həm Azərbaycan xalqı həm də Azərbaycanın bu cür tarixi və silinməz şəxsiyyətləri bir neçə dığa tərəfindən təhqir və təhrifedici informasiyalarla qarşı-qarşıya qalacaq. 

Əfsələddin Ağalarov

 

 

OXŞAR XƏBƏRLƏR