Bizimkiləri isə 'yaşadıq, gördük!'

Bizimkiləri isə
KÖŞƏ
11:48 21.08.2012
2375

Elşən Gəncəvi 

Yeni imzalar...

Dünyanın ən nüfuzlu, ən maraqlı və ən şaxəli idman turniri 4 ildən bir keçirilən Olimpiyada yarışıdı. Çünki heç bir marağı olmayan müxtəlif idman növləri 4 ildən bir maraqlı idman növləri ilə reaksiyası nəticəsində idman birliyini yaradır.

4 ildə xatırlanmayan “maraqlı” idman növləri...

Avarçəkmə, atçılıq, gimnastik və bu tip olan, ağlımıza gəlməyən idman növləri belə maraq dairəsində olur. 2012 London Yay Olimpiyadasında avarçəkən idmançımız finala vəsiqə qazananda şəxsən mən hansı nəticə ilə bitəcəyini səbrsizliklə gözlədim. Eyni hissi gimnastik, atçılıq və atıcılıq kimi idman yarışlarındada yaşadım.

Hər Olimpiyadanın sonunda əldə etdiyimiz nəticənin sonrakı Olimpiyada yarışlarında təkrarlamaq belə getsə bizə nəsib olmayacaq. Ən azından sonuncu Olimpiyadada qazanılan uğurun təkrarını növbəti yarışda hiss etmək idmançılar üçün bizim haqqımız olmalıdı. Hər hansı bir yerin sahibi növbəti olimpiadada ya ondan yüksək nəticəyə, ya da həmin yerə sahiblənmək hər bir imdançının borcudu.

Nümunə!

Dünyanın bir nömrəli üzgüçüsü amerikalı Michael Phelps qızıl medal qazanmaqdan bezmir. Olimpiyadaya baxdığım andan üzgüçünün bütün yarışlarda qazandığı medallar Azərbaycanın bugünə qədər qazandığı medallardan belə çoxdur. Razıyam, idmançı üzgüçülüyün müxtəlif məsafələrində yarışır. Amma həmin məsafələrdə ona qalib gələcək ikinci idmançı məncə yoxdu.

Qaçış üzrə dünya rekordçusu olan yamaykalı atlet Usain Bolt isə 4 ildən bir eyni uğuru qazanmaqdan bezmir. Dünya idmanında atletin qazandağı uğur hər dəfə yeni rekordu ilə təkrarlanıb. Ağırlıq qaldıran türkiyəli atlet Halil Mutlu isə hər bir turnirdə məşğuliyyəti rekord təzələmək olub.

Bizimkiləri isə “yaşadıq, gördük!”

2000-ci il Sidneydə Olimpiya çempionu olmuş güləşçi Namiq Abdullayev 2004-cü ilin Yay Olimpiyadasının ilk görüşündəcə məğlub oldu. Amma 2004-cü ilin Afina Yay Olimpiyadasında yunan-Roma güləşi üzrə çempion Fərid Mansurov oldu.

Növbəti Olimpiyada 2008-ci il Pekində keçirildi. Yunan-Roma güləşi üzrə yarışda Fərid Mansurov iştirak etmədi. Heç tatamiyə belə çıxmadı. Səhhəti ilə bağlı problemi olduğu üçün döyüşdən imtina etdi. Gözləmək istədiyimiz uğur gözlətməyə belə imkan vermədi.

Amma 2008-ci ilin Pekin Yay Olimpiyadasında cüdo üzrə çempionluğu Elnur Məmmədli qazandı. O boyda dünya cüdoçumuzu “iponist” adlandırmışdı. Beləliklə, hər Olimpiyada yarışında uğur qazanan idmançılarımız Cənab prezident İlham Əliyev tərəfindən qiymətləndirilib.

Amma nəticə!? 2012-ci il London Yay Olimpiyadasında Elnur Məmmədlinin təkrar uğur qazanacağına əmin idim, amma yanıldım. İdmançı tatamiyə ilk çıxdığın anda məğlubiyyətlə barışmalı oldu. Problem isə idmançının çəkisi idi. Guya ağır çəkidə yarışıb. Phelips, Bolt yenidən uğur qazananda, bizimkilər isə “bir dəfə qazandıq, yetər!” prinsipindən əl çəkmədiki, əl çəkmədi. Sonda təsəlli verici müsahibədə vermədi. Nə isə...

“Uğur sayğacı”

Hər Olimpiya çempionlarımızın növbəti yarışda uğur qazana bilməməsi və ən əsası isə ilk turdaca məğlub olması utanc vericidi. Səbrsizliklə döyüşlərinizi izləmək üçün televiziya qarşısında oturub və 2-3 qələbəni bizə yaşatmağı özünüzə sanki “pis” bilirsiniz.

Atıcımız İradə Haşimovada isə “uğur sayğacı” sanki geriyə hesablanır. 2008-ci ilin bürünc mükafatçısı 2012-ci ildə biyabr vəziyyətdə tamamladı. Demək olarki, yarışın son 3 yerlərindən birinə sahibi oldu.

2012 London və yeni imzalar!

Sərbəst güləş üzrə idmançınız Toğrul Əsgərov və Şərif Şərifov yeni çempionlarımız oldu. Toğrul Əsgərovun 19 yaşında uğur qazanması isə daha böyük uğur idi. Çünki idman ustalığını gənc yaşında göstərdi. Toğrul və Şərif digər çempionlarımız kimi ölkə başçısı tərəfindən dəyərləndiriləcək. Amma sonrası...? Maraqlıdı.

Gəlin Toğrulun 2016-cı il Rio-de-Jeneyro Yay Olimpiyadasında uğur qazanacağına inanaq. Həmişə olduğu kimi. Həmin ili Toğrul dahada perispektivli idmançı olacaq. Sərbəst güləşin daha böyük “usta”sı olduğunu yenidən sübut edəcək! 2012-ci ilin Olimpiyadasında ümumi olaraq 10 medal qazandıq: 2 qızıl, 2 gümüş və 6 bürünc medal.

Yunan-roma güləşçisi Rövşən Bayramov gümüş medal, sərbəst güləşçi Xetaq Qazyumov bürünc medal qazanmaqları bizim üçün təkrar uğur oldu. Mariya Stadnik isə qadınlar arası sərbəst güləşdə 4 il əvvəl qazandığı bürünc medalı gümüş medalla əvəzlədi. Digər medal qazanmış idmançılar isə Azərbaycan idmanı üçün yeni imzalar oldu. Böyük ümidlərlə gözlədiyimiz digər idmançıların “uğur sayğacı” isə geriyə saymağa başladı.

Sonda:

Cüdo, boks, ağırlıq qaldırma, atıcılıq, yunan-roma və sərbəst güləş kimi idman növlərində profesionallığımızdan istifadə edib uğura sahiblənə bilmərik?! Hər bir idmançının Phelps, Bolt, Halil kimi davamlı uğurları olmalıdır! Londonda 10 medal sahibi olmuş idmançılar, 2016-cı il Rio-de-Jeneyro Yay Olimpiyadasında hər birinizin uğur imzasını yenidən görmək ümidi ilə...

Paralimpiyada yarışında idmançılarımıza uğurlar...

OXŞAR XƏBƏRLƏR