Biznesmen Tepebaşı oğurlayıb 1 milyon dollar tələb edən İradə Rüstəmova kimlərlə əlbir idi... - FOTO

Biznesmen Tepebaşı oğurlayıb 1 milyon dollar tələb edən İradə Rüstəmova kimlərlə əlbir idi... - FOTO
KRİMİNAL
11:01 04.09.2018
3550
Qazaxıstan hüquq-mühafizə orqanları bu ölkədə türkiyəli iş adamını oğurlamaqda şübhəli bilinən və axtarışda olan, Azərbaycanda yaxalanaraq ekstradisiya edilən  İradə Rüstəmovanın işi ilə bağlı məlumat yayıb.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, milliyətcə azərbaycanlı olan, ancaq Qazaxıstan vətəndaşlığı daşıyan qadın 2018-ci ilin iyul ayında bu ölkəyə ekstradisiya edilib. Hazırda o, Astana polisinin təcridxanasındadır.

Astana prokurorluğundan bildirildiyinə görə Rüstəmova əvvəlcədən bir qrup şəxslə əlbir olaraq adam oğurluğunda və hədə-qorxu yolu ilə xüsusilə iri məbləğdə pul tələb etməkdə şübhəli bilinir.

 


Belə ki, 2017-ci ildə Qazaxıstanda müvəqqəti yaşayan Türkiyə vətəndaşı Taner Aydın və onun birlikdə yaşadığı İradə Rüstəmova Astanada yaşayan türkiyəli biznesmen Dolğun Tepebaşı oğurlamaq qərarına gəliblər. Ər-arvad bu məqsədlə Elnur Rüstəmov, Baqdan Maqamadov və Bislan Dakayevlə əlbir olublar. Onlara deyiblər ki, Tepebaşın 300 min dollar borcu var. Taner Aydın və İradə Rüstəmova bu adam oğurluğu cinayətinə habelə Vaqif Calalıyevi və Zemfira Fərhadovanı da cəlb ediblər.

 


Sonuncular 2017-ci ilin noyabrında biznesmenlə "Uzbeçka" kafesində iki dəfə görüşüblər və onu aldadaraq kirayə mənzilə aparıblar. Qapını Rüstəmova açıb. Onlar Tepebaşı döyüblər və əl-qolunu bağlayıblar, daha sonra "Volkswagen Touareg" avtomobili ilə Almata vilayətinə aparıblar. Biznesmeni Çemolqan stansiyasında kirayə götürülmüş evdə saxlayıblar.

Bundan sonra Aydın Tepebaşın Türkiyədə yaşayan qardaşından biznesmenin azad edilməsi üçün 1 milyon dollar tələb edib. Cinayətkar qruplaşmanın qalan iştirakçıları Rüstəmova istisna olmaqla bu haqda bilməyiblər və Tepebaşdan 300 min dollar borcunu qaytarmağı tələb ediblər. Tepebaşın heç bir borcu olmadığına əmin olandan sonra onu azadlığa buraxıblar.

 


Oğurlanmış biznesmen Elnur Rüstəmovu, Maqamedovu, Dakayevi, Calalıyevi və Fərhadovanı bağışlayıb. Cinayət işi tərəflərin barışmasına görə bağlanıb. Adam oğurluğunun təşkilatçısı Taner Aydın hazırda axtarışdadır. İradə Rüstəmova isə qaçıb Azərbaycanda gizlənibmiş. Onun barəsində beynəlxalq axtarış elan olunub.

Dolğun Tepebaş "Kaztur Texnik" şirkətinin baş direktorudur, bu şirkət ixtisaslaşmış tikinti işlərini yerinə yetirir. İyulun 30-da Qazaxıstanın Baş prokurorluğu İradə Rüstəmovanın Azərbaycandan ekstradisiya olunduğunu  elan etmişdi. Lakin onun adı keçən cinayət işinin təfərrüatları məlum deyildi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib