Biznesmenin oğlu ilə "avtoşluq" edən erməni qız yenə xuliqanlıq etdi

Biznesmenin oğlu ilə "avtoşluq" edən erməni qız yenə xuliqanlıq etdi
SOSİAL
16:22 06.06.2016
4683
Moskvada "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun (milliyyətcə tatardır) oğlu Ruslan Şamsuvarovun "Gelandewagen" avtomobili ilə qatı avtoxuliqanlıq etməsi ətrafında qalmaqal səngimir. Xəbər verildiyi kimi, Ruslan Şamsuvarov nömrəsiz "Gelandewagen"lə Moskva küçələrində yüksək sürətlə hərəkət edib və onun arxasınca bir neçə Yol Patrul Polisi maşını düşüb. Avtoxuliqan isə polislərin onu necə qovduğunu Periscope sosial şəbəkəsindən canlı yayımlayıb. Nəhayət Şamsuvarov saxlanılıb və onun barəsində 15 sutkalıq həbs cəzası kəsilib.
Rusiya mətbuatı onun maşında tək olmadığı, "qızıl gəncliyin" daha 3 nümayəndəsi ilə birlikdə avtoxuliqanlıq etdiyini yazır. Onlardan biri də Moskvada avtoxuliqan kimi tanınan 23 yaşlı erməni qız Mara Baqdasaryandır.
Ötən həftə sonu Mara Baqdasaryan yenidən Moskva küçələrinə çıxıb və yol hərəkət qaydalarını kobud şəkildə pozub. REN TV xəbər verir ki, bu dəfə o, avtomobili yüksək sürətlə deyil, 20 kilometr saat sürətlə sürüb və yolda digər hərəkət iştirakçılarına maneə yaradıb.
Mara Baqdasaryan özünü "prokuror qızı" kimi təqdim edir. Lakin əslində o, ət emalı kombinatının sahibi Elmar Baqdasaryanın qızıdır. Mara 15 yaşından maşın sürür və qatı avtoxuliqan kimi tanınır. Onun balansında yüzlərlə ödənilməmiş cərimə və yol qəzaları var. Mara Baqdasaryan ötən il Moskvada dəhşətli qəza törədib. Onun idarə etdiyi BMW X6 avtomobili Kutuzovsk prospektində saatda 200 kilometr sürətlə hərəkət edərək qarşı hərəkət zolağına çıxıb və Range Rover-lə toqquşub. Toqquşma o qədər güclü olub ki, BMW-nin içərisindəkilər avtomobilin qabaq şüşəsindən çıxaraq onlarla metr havada uçublar. Bu qəzada 3 nəfər həlak olub, onlardan biri polis əməkdaşıdır. Qəzada Mara sağ qalıb, lakin sükan arxasında məhz onun olduğunu sübut etmək mümkün olmadığından həbs edilməyib.
Sonuncu avtoxuliqanlıq əməlinin 3 iştirakçısı barədə inzibati həbs qərarları verilsə də erməni qız yenə də azadlıqdadır və bu dəfə patrul polisi ilə saatda 20 kilometr sürətlə "məzələnir".
///virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb