Barselonada keçirilən Mobil Dünya Konqresində ilk dəfə olaraq BlackBerry Z3 ictimayətə təqdim olunub. Mayın 15-dən etibarən geniş satışa çıxarılacağı gözlənilən telefonun ən böyük xüsusiyyəti ucuz olmasıdır. BlackBerry Z3-ün qiyməti 190 dollardır. 5 düymlük ekranı olan 540 × 960 piksel ekranlı BlackBerry Z3, 1.5 GB RAM istifadə edir. 8 GB daxili yaddaşla gələn cihaz, 1.2 GHz sürətində cüt nüvə Qualcomm MSM8230 Snapdragon 400 model prosessordan güc alır. Dijikolog.com-un xəbərinə görə, cihazın arxa üzündə 5 megapiksel, ön üzündə isə 1.1 megapiksel daxili kamera quraşdırılıb. BlackBerry 10.2.1 əməliyyat sistemini istifadə edən cihazın Azərbaycan bazarına nə vaxt gələcəyi isə bilinmir.