AZXEBER.COM-un verdiyi məlumata görə, görüntülər Vyetnamdakı istehsal şirkəti tərəfindən yayımlanıb.
İstifadəçilərin səbirsizliklə gözlədiyi “Blackberry 10 L” xarici görünüşcə “iPhone” markalı telefonlara bənzəyir. Bu modeldə son zamanlar istehsal edilən telefonlardan fərqli olaraq arxa qapağın çıxarılması mümkündür.
Yeni model 2013-cü ilin yanvar ayının sonunda istifadəyə veriləcək.