"Bölgələrdə diabetli uşaqların valideynlərinin maariflənməsinə ehtiyac var" - FOTOLAR

SAĞLAMLIQ
17:32 24.11.2021
198
Azərbaycan Diabet Cəmiyyətinin təşəbbüsü ilə "Diabet həftəsi” çərçivəsində mətbuat konfransı keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, konfransda ADC-nin sədri Möminət Ömərova və  ATU-nun Tədris Terapevtik Klinikasının Şəkərli diabet şöbəsinin müdiri, həkim-endokrinoloq Sevil Mustafayeva çıxış edib. 
 
Möminət Ömərova Azərbaycanda şəkərli diabet xəstələrinin sayının getdikcə artdığını bildirib:
 
"Son statistikaya görə, dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Bu isə ötən illərlə müqayisədə çox ciddi artımdır. Azərbaycanda aşkar diabet xəstələrinin sayı 283 mindir. 2019-cu ildə hər 11 insandan birində diabet aşkarlanırdısa, bu hal indi 10 nəfərdən birində aşkarlanır. 
 
Azərbaycanda son illər bu xəstəliyin aradan qaldırılması üçün dövlət səviyyəsində tədbirlərin keçirilməsini vurğulayan Möminət xanım bunun müsbət hal olduğunu bildirib. 
 
M.Ömərovanın sözlərinə görə, hazırda dünyada və ölkəmizdə diabet xəstələri üçün keyfiyyətli insulinin tapılmaması problemə çevrilib:
 
"Bu problemdən xüsusən bölgələrimizdə yaşayan diabet xəstələri əziyyət çəkirlər. Rayonlardan bizə gələn şikayətlərdən belə aydın olur ki,  bu xəstələrə bir növ insulin verirlər. Bu, çox risklidir. Əvvəllər sözügedən problemlərlə bağlı Səhiyyə Nazirliyinə müraciət edirdik. İndi bizə bildirilir ki, dövlət proqramı artıq TƏBİB-in nəzarətindədir. İndi vəziyyət elədir ki, problemin həlli üçün kimə müraciət edəcəyimizi bilmirik”.
 
Konfransda çıxış edən ATU-nun Tədris Terapevtik Klinikasının Şəkərli diabet şöbəsinin müdiri, həkim-endokrinoloq Sevil Mustafayeva deyib ki, bütün şəkərli diabet xəstələri üçün keyfiyyətli insulindən istifadə edilməlidir: 
 
"Beynalxalq diabet federasiyasının son çağırışından sonra bunu davam etdirərək 2019-cu ilin noyabr ayında "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində Heydər Əliyev Fondu, Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda şəkərli diabet tip 1 olan 1600-ə qədər uşağa 1 illik ən yeni uzunmüddətli insulin hədiyyə etdi. Bu layihəni Azərbaycan Diabet Cəmiyyətinə keçirmək həvalə olunmuşdu və 2020-ci ildən etibarən həkim komandası bu insulinlərin paylanmasına kömək göstərdi. Biz Azərbaycanın bütün rayonlarını qarış-qarış gəzərək, valideynlərlə görüşdük, onların problemi ilə maraqlandıq. Biz bu layihəni 2021-ci ilin əvvəlində bitirdik. Şəkərli diabet xroniki bir vəziyyətdir və bu sağalmayan bir xəstəlikdir. Bu səbəbdən biz, bütün valideynlərlə görüşdük. Məlum oldu ki, bölgələrdə diabetli uşaqların valideynlərinin bu istiqamətdə maariflənmələrinə ehtiyac var. Hər bir uşaq yemək yeməzdən öncə qanda qlükozasını müainə etməlidir, ona uyğun və yediyi qidaya uyğun insulin virmalıdırlar. Bu isə uşaqlar üçün çox çətin prosesdir. 2021-ci ildən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bu layihə davam etdirildi. Həmin uşaqlara ən keyfiyyətli uzunmüddətli insulin paylanması indi də davam edir."
 
Konfransın davamında KİV nümayəndələrini sualları cavablandırılıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR