Bölgələrdə yaşayan vətəndaşlara səyyar xidmət göstəriləcək

Bölgələrdə yaşayan vətəndaşlara səyyar xidmət göstəriləcək
11:38 01.02.2013
879

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan xidmət) səyyar xidmətə başlayır.

Sözügedən agentliyin mətbuat xidmətindən verilən məlumata görə, qurumun xüsusi treylerləri bölgələrə gedərək, orada insanlara səyyar xidmət göstərəcəklər.Texniki yeniliklərlə təchiz olunmuş treylerlərdəki avadanlıq peyk vasitəsilə Bakıdakı mərkəzi ofisə qoşulacaq və vətəndaşların müraciəti onlayn rejimdə nəzərdən keçiriləcək.ASAN xidmətinin şöbə müdiri Azad Cəfərlinin sözlərinə görə, həm Bakının digər rayonlarında, həm də regionlarda xidmətin şöbələrinin açılması onların gündəmindədir. 3-4 ay ərzində Gəncə və Sumqayıtda ASAN mərkəzlərinin yaradılması, həmçinin qeydiyyat yerindən asılı olmayaraq hər kəsin istənilən ASAN mərkəzində xidmətdən istifadə etməsi nəzərdə tutulur.Qeyd edək ki, ASAN mərkəzi yanvarın 15-dən vətəndaşlara xidmət göstərməyə başlayıb. 15 gün ərzində mərkəzə təxminən 6 mindən çox müraciət daxil olub.

OXŞAR XƏBƏRLƏR