“Bölgələrlə bağlı rəqəmlər yanlışdır” - DİM-dən müraciət

“Bölgələrlə bağlı rəqəmlər yanlışdır” - DİM-dən müraciət
SOSİAL
16:25 05.09.2019
4979
Dövlət İmtahan Mərkəzi təhsil eksperti Kamran Əsədovun "ən yüksək nəticə göstərən rayonlar"ın siyahısı ilə bağlı açıqlamasına aydınlıq gətirib.

AZXEBER.COM-a daxil olan məlumatda bildirilir ki, Dövlət İmtahan Mərkəzi hər il qəbul kampaniyası başa çatdıqdan sonra ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgə və məktəblər üzrə göstəriciləri, eləcə də abituriyentlərin ayrı-ayrı fənlər üzrə nəticələri, onların müxtəlif ixtisas qruplarına meyil və maraqları, ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri, yüksək və zəif göstəricili rayon və məktəblər, ali məktəblərin reytinqi, magistraturaya və rezidenturaya qəbulun nəticələri, həmçinin ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanları üzrə nəticələri və s. məsələlərə dair əhatəli elmi araşdırmalar aparır və "Abituriyent” jurnalının 12 saylı buraxılışında dərc edir.

2019-cu ilin qəbul kampaniyası hələlik başa çatmayıb və bu ilə aid nəticələrin analizinin ilin sonlarında tamamlanması və "Abituriyent” jurnalının 12 saylı buraxılışında nəşr olunması nəzərdə tutulur.

2018-ci il, həmçinin son 8 ilin nəticələrinin əks olunduğu jurnalları, ödəniş etmədən DİM-in saytının Fəaliyyət>>Tədqiqat>>Statistik təhlil bölməsindən əldə edə bilərsiniz.

Dünən sosial şəbəkələrdə və müxtəlif internet informasiya resurslarında tələbə qəbulu nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbulolma faizinə görə ən yüksək nəticə göstərən 20 bölgəyə aid yanlış məlumatlar, faiz göstəriciləri yayılıb. Bunu isə çox təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri DİM-ə müraciət etmədən, kiminsə Facebook profilində verilən informasiyanı DİM-lə dəqiqləşdirmədən ictimailəşdiriblər. Dövlət İmtahan Mərkəzi fəaliyyət müddəti ərzində daim ictimaiyyətə, xüsusilə kütləvi informasiya vasitələrinə qəbul kampaniyasının  bütün gedişi, mərhələləri, istiqamətləri barədə operativ məlumat təqdim edilməsinə böyük önəm verib. Təqdim olunan sorğulara mümkün qısa vaxt ərzində cavab verilir. Cəmiyyətin maraqlarını daha operativ şəkildə təmin etmək çoxsaylı informasiya sorğularını azaltmaq məqsədilə ən vacib məlumatlar DİM-in saytı və nəşr etdiyi jurnallar vasitəsilə dərhal verilir.

Lakin digər rəsmi olmayan mənbələrdə verilən hər hansı bir məlumatı dərc etməmişdən öncə onu ilkin informasiya sahibi ilə dəqiqləşdirmək hər birimizin vəzifə borcu olmalıdır. Xüsusilə statistik məlumatlar paylaşılarkən diqqətli olmaq lazımdır. Böyük məlumat bazasına malik olmadan, dərin elmi-statistik təhlillər aparılmadan bu tip göstəricilərin qısa vaxt ərzində müəyyən edilməsi mümkün deyil. Kiminsə Facebook profilindən yanlış məlumatı götürərək onu informasiya sahibi ilə dəqiqləşdirmədən birbaşa paylaşmaqla gələcəkdə yarana biləcək məsuliyyəti nəzərə almalıyıq.

Bir daha qeyd edirik ki, bu ilə aid imtahan nəticələrinin elmi-statistik təhlili qəbul kampaniyası tam başa çatdıqdan sonra aparılacaq və nəşr olunacaq. Sosial şəbəkələrdə imtahan nəticələrinə əsasən qəbulolma faizinə görə ən yüksək nəticə göstərən bölgələrlə bağlı yayılan rəqəmlər və faiz göstəriciləri yanlışdır.

Bu məlumatlar 2018-ci ilin müvafiq göstəriciləri ilə də uyğunluq təşkil etmir.

2018-ci ilin imtahan nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbulolma faizinə görə 10 ən yüksək və ən aşağı nəticə göstərən bölgələrin siyahısı "Abituriyent 12” (2018-ci il) jurnalının 141-ci səhifəsində Cədvəl 1.68 və 1.69-da verilib. Orada, həmçinin Respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin (2018-ci il və əvvəlki illərin məzunları) ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri 1.70 saylı cədvəldə təqdim edilib (səh.142). Bütün bölgələr üzrə 2018-ci il məzunlarının qəbul imtahanlarındakı nəticələrinin geniş təhlili isə jurnalın 185-242-ci səhifələrində verilib.

KİV nümayəndələrinə bir daha müraciət edirik ki, qeyri-rəsmi mənbələrdən götürdükləri məlumatları DİM-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan yaymasınlar və özləri də bilmədən yanlış informasiya ötürücüsünə çevrilməsinlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb