Blinken: "Əsirlərin həyatı təhlükədədir, gec olmadan atəşkəs olmalıdır"

DÜNYA
14:45 21.08.2024
135
"Biz Qəzzanın uzunmüddətli işğalına qarşıyıq və İsraili Tel-Əvivin atəşkəs təklifini qəbul etməyə çağırırıq".

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri Yaxın Şərq proqramı çərçivəsində Qətərin paytaxtı Dohaya səfər edən ABŞ dövlət katibi Antoni Blinken jurnalistlərə açıqlamasında deyib.

Səfər zamanı bir çox rəsmilərlə görüşmək imkanı əldə etdiyini bildirən Blinken "Mənim mesajım sadə və aydındır. Atəşkəs və girov razılaşması əldə edilməlidir. Bunu gec olmadan, indi etməliyik", - deyib.

O, həmçinin əsirlərin həyatının təhlükədə olduğunu və hər kəsin ölüm riskiylə burun-buruna gəldiyini deyib:
 
"Əsirlərin həyatı təhlükədədir. Vaxt vacibdir, çünki Qəzzada qadınlar, uşaqlar hər gün əziyyət çəkirlər. Onlar kifayət qədər qida və dərman ala bilmirlər. İştirakçısı olmadıqları münaqişədə yaralanma və ölüm riski var. Gecikmədən atəşkəs qəbul edilməlidir".
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR