ABŞ dövlət katibi Antoni Blinken Qətərdə HƏMAS-la bağlı təəccüblü açıqlamalar verib.
AZXEBER.COM xəbər verir ki, A. Blinken bildirib ki, HƏMAS-ın atəşkəslə bağlı bəzi mövqelərini qəbul edə bilməzlər.
Amerikalı nazir Həmas Hərəkatının Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsi və əsirlərin mübadiləsi ilə bağlı ABŞ prezidenti Co Baydenin elan etdiyi təklifə dəyişikliklər təklif etdiyini və bunların bəzilərinin mümkün olduğunu, bəzilərinin isə mümkün olmadığını bildirib.
HƏMAS-ın bəzi düzəliş təkliflərinin tətbiq oluna biləcəyini, lakin bəzilərinin olmadığını qeyd edən Blinken ölkəsinin Həmas ilə İsrail arasında razılığa gəlmək və Qəzzada tam atəşkəs əldə etmək üçün boşluqları doldurmaq üçün vasitəçilərlə işləməyə davam edəcəyini bildirib.
Ayşən