Qüdsdə İsrailin Baş naziri Binyamin Netanyahu və İsrailin Döyüş Nazirləri Kabineti ilə görüşən ABŞ dövlət katibi Antoni Blinken İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququna malik olduğunu, lakin Qəzzada mülki əhalinin zərər görməməsi lazım olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Blinkenin Yaxın Şərq turu çərçivəsində İsrailə gələn Netanyahu və Hərbi Nazirlər Kabineti ilə görüşü ilə bağlı açıqlama yayıb.
Açıqlamaya görə, Blinken ABŞ-nin İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququnu dəstəklədiyini bəyan edib.
Blinken İsraili mülki insanlara zərər verməmək üçün hər cür tədbir görməyə çağırıb.
Blinken vurğulayıb ki, Qəzzanın cənubunda hər hansı bir hərbi əməliyyatdan əvvəl oradakı mülki vətəndaşlar qorunmalı və onların ehtiyacları nəzərə alınmalıdır.
Ayşən