NATO Qara dənizdən Baltik dənizinə kimi mövcudluğunu möhkəmləndirəcək.
Bunu ABŞ dövlət katibi Entoni Blinken Rumıniya XİN rəhbəri Boqdan Auresku ilə görüşünün nəticələrinə dair Budapeştdə keçirilən mətbuat konfransı zamanı deyib.
O əlavə edib ki, Qara dəniz regionu NATO alyansı üçün strateji əhəmiyyətə malikdir və alyansın müdafiəsinin ən vacib elementidir.
"Bizim irəliləməyimizin qarşısını almaq mümkün deyil. Biz NATO-nun Qara dənizdən Baltik dənizinə kimi mövcudluğunu möhkəmləndirəcəyik. Bu istiqamətdə görülən işlər çərçivəsində və Qara dəniz strategiyamızın yürüdülməsi, möhkəmləndirilməsi üçün biz (ABŞ və Rumıniya-red.) daim bir-birimizlə, həmçinin NATO ilə işləyirik. Rumıniya bu işlərdə və həmçinin NATO-nun ən güclü müdafiə alyansı olmasını təmin etmək üçün atılan daha genişmiqyaslı addımlarda olduqca vacib iştirakçıdır” – Blinken vurğulayıb.
Onun sözlərinə görə, ABŞ bütün NATO məkanı, o cümlədən Qara dəniz regionu üçün faydalı olacaq müasir və qarşılıqlı fəaliyyət göstərə bilən silahlı qüvvələr qurmaqda israrlıdır.
///APA