Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə amerikalı həmkarı Antoni Blinken arasında 2,5 saat davam edən görüş başa çatıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Əl-Cəzirə televiziyası görüşlə bağlı diqqətçəkən məlumatlar paylaşıb.
ABŞ və Türkiyə Xarici İşlər rəsmilərinin verdiyi məlumata görə, nazirlər və nümayəndə heyətləri arasında görüşlər iki saat yarım davam edib.
Görüşdən sonra verdiyi açıqlamada Fidanla məhsuldar görüş keçirdiklərini bildirən Blinken Qəzzaya yardım və sülh səylərini müzakirə etdiklərini bildirib.
Görüşdə Türkiyə rəsmiləri ABŞ-yə "Qəzzada qeyd-şərtsiz atəşkəs” üçün təzyiqlər edib, ABŞ isə Türkiyədən bəzi tələblər irəli sürüb.
Xəbərdə HƏMAS ilə İsrail arasında mümkün məhbus mübadiləsinin də gündəmdə olduğu bildirilib və ABŞ-nin Türkiyə rəsmilərini İsrailli əsirlərin azad edilməsi üçün HƏMAS-a daha çox təzyiq göstərməyə çağırdığı qeyd edilib.
Ayşən