Blinken Vyetnama səfər etməyi planlaşdırır

Blinken Vyetnama səfər etməyi planlaşdırır
DÜNYA
20:01 08.04.2023
232
ABŞ-ın dövlət katibi Entoni Blinken G7 ölkələri XİN rəhbərlərinin görüşündən əvvəl Vyetnama səfər etməyi planlaşdırır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, Blinken 15 apreldə Hanoy şəhərinə gedəcək.

Xatırladaq ki, 16-18 aprel tarixlərində Yaponiyada G7 xarici işlər nazirlərinin görüşü keçiriləcək.
OXŞAR XƏBƏRLƏR