Bloger Arzumun təqsirləndirildiyi yol qəzası haqda vəkilindən - AÇIQLAMA

Bloger Arzumun təqsirləndirildiyi yol qəzası haqda vəkilindən - AÇIQLAMA
SOSİAL
11:59 18.05.2026
1027
Arzum adı ilə tanınan bloger Haciyeva İlduzə Elmar qızının vəkili Fərid Həsənov müdafiə etdiyi şəxs haqda sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.
 
AZXEBER.COM xəbər verir ki, o qeyd edib ki, hazırda işə Xəzər Rayon Məhkəməsində baxılır.
 
Vəkil bildirib ki, qeyd olunan cinayət işi üzrə məhkəmə araşdırması davam edir və işə qanunvericiliyin tələblərine uyğun olaraq obyektiv, hərtərəfli və tam şəkilda baxılır. Məhkəmə tərəfindən hadisənin bütün halları, tərəflərin ifadələri və təqdim olunmuş sübutlar araşdırılır:
 
"Müdafiəçisi olduğum şəxsi təqsirli hesab etmirik və məhkəmə araşdırmasının nəticəsində obyektiv həqiqətin ortaya çıxacağına inanırıq. 

Qeyd edirəm ki, mediada yayılan bazi məlumatlar birtərəfli və əsassız xarakter daşıyır, ictimaiyyətdə yanlış ray formalaşdırmağa xidmət edir. Halbuki Azənbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsina və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, şəxsin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta etirilməyənədək o, təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası hər bir şəxsin fundamental hüququdur və bu prinsipe bütün şəxslər, o cümlədən media nümayəndələri tərəfindən hörmətlə yanaşılmalıdır. İctimaiyyətdən və media nümayəndələrindən xahiş olunur ki, məhkəmə araşdırması yekunlaşana qədər təsdiqlənməmiş və qərazli məlumatların yayılmasından çəkinərək qanunun tələblərina və etik prinsiplərə riayət etsinlər".
 
Xatırladaq ki, Arzum ötən ilin iyununda Mərdəkan qəsəbəsində avtomobil qəzası keçirib. Qəza zamanı bir nəfər dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Artıq məhkəmənin bir neçə iclası keçirilib. 

Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri təqsirləndirilən blogerlə bağlı məhkəmənin növbəti iclası mayın 26-da keçiriləcək.

Qeyd edək ki, Arzum alman vətəndaşı ilə ailəlidir. Onun 4 övladı var.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR