Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var

MAQAZİN
14:15 06.05.2024
268
Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiya Federal Vergi Xidmətinə 153 milyon rubl borcu var.

AZXEBER.COM Rusiy mətbuatına əsasən xəbər verir ki, mayın 1-də vergi orqanları "influencer”ə borcunu ödəməyi bildirib, ertəsi gün isə blogerin pay sahibi olduğu Banda Foods LLC şirkətinin hesablarını bloklayıb.
 
Şirkət restoranlar və yeməklərin çatdırılması ilə məşğuldur. Bloklanmasına səbəb vergi bəyannaməsinin təqdim edilməməsidir.

Xəbər ortaya çıxandan az sonra blogger sosial şəbəkə hesabında abunəçilərinə məlumat verərək əsas borcunu ödədiyini və yaxın vaxtlarda digər cərimələrini də ödəmək niyyətində olduğunu bildirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR