Bloger Rəşad Ramazanova hökm oxundu

Bloger Rəşad Ramazanova hökm oxundu
SOSİAL
22:06 05.02.2024
217
Bloqer Rəşad Ramazanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Ramazanov qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Ramazanovun 10 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. R.Ramazanov əvvəllər də narkotik dövriyyəsinə görə məhkum edilib./qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR