Bloger və influenserlərlə açıq dialoq formatında görüş keçirilib - FOTOLAR

Bloger və influenserlərlə açıq dialoq formatında görüş keçirilib - FOTOLAR
SOSİAL
11:03 26.12.2025
1094
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bir qrup bloger və sosial media təsirçiləri ilə ( influenser) görüş keçirilib.
 
Açıq dialoq formatında keçirilən görüşdə nazirliyin və tabeliyində olan qurumların ictimaiyyətlə əlaqələr və kommunikasiyaya məsul əməkdaşları, eləcə də geniş izləyici kütləsinə malik olan bir qrup bloger və sosial media təsirçisi (influenser) iştirak edib.
 
Görüşün əsas məqsədi ictimai fikir formalaşdıran və geniş auditoriyaya təsir imkanına malik bloger və influenserləri elm və təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətləri, əldə olunan nəticələr və qarşıya qoyulan yeni hədəflər barədə məlumatlandırmaq, müxtəlif təhsil pillələri üzrə yenilikləri təqdim etmək, eyni zamanda fikir və təkliflərin mübadiləsi üçün açıq və konstruktiv ictimai platforma yaratmaq olub.

Görüşdə salamlama nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bloger və influenserlərin müasir dövrdə ictimai rəyin formalaşmasında mühüm rol oynadığını bildirib. Səbuhi Rzayev elm və təhsil sahəsində həyata keçirilən islahatların cəmiyyətə düzgün, dolğun və operativ şəkildə çatdırılmasında bu platformaların əhəmiyyətini vurğulayıb, əməkdaşlığın qarşılıqlı etimada və açıq dialoqa əsaslanmasının vacibliyini qeyd edib. 
 
Daha sonra təqdimatla çıxış edən Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə "Azərbaycan Respublikasında 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində elm və təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas hədəflər barədə ətraflı məlumat verib. Şöbə müdiri elm və təhsil sahəsində aparılan proseslərdə ictimai dəstəyin və düzgün maarifləndirmənin önəmini vurğulayıb.

Görüşdə çıxış edən bloger və influenserlər elm və təhsil sahəsində aparılan islahatlara dair, eləcə də inklüziv təhsil, müəllimlərin peşəkar inkişafı, məktəb-valideyn münasibətləri, ali təhsildə əmək bazarının tələblərinin nəzərə alınması və digər mövzular üzrə fikirlərini bölüşüblər. Eyni zamanda, bu cür dialoq mühitinin qarşılıqlı etimadı gücləndirdiyi və əməkdaşlıq imkanlarını genişləndirdiyi bildirilib.
 
Müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb, təhsil siyasətinin prioritet istiqamətləri, mövcud çağırışlar və perspektiv planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş sonda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və gələcəkdə oxşar platformaların təşkil olunmasının vacibliyinin vurğulanması ilə yekunlaşıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq