"İnfluenser və blogerlər üçün qara xəbər gəldi və qanun dəyişdi. Bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə "reklam”, "reklam hüququ əsasında”, "sponsorluq” və ya "tərəfdaşlıq” qeydini əlavə etməlidir”.
AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas feysbuk hesabında yazıb. O bildirib ki, artıq hər bir bloger və influenser VÖEN sahibi olmalıdır:
"Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir.
Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq adlandırıldı. Qanun isə artıq qüvvəyə mindi. Diqqətli olun”.