Blogger Oktayfason tanınmış aparıcının TikTok hesabının təsdiqlənməsinə kömək edib

Blogger Oktayfason tanınmış aparıcının TikTok hesabının təsdiqlənməsinə kömək edib
MAQAZİN
19:34 27.12.2025
40
Sosial mediada "oktayfason” kimi tanınan Oqtay Bağırlı yerli televiziya aparıcısı Zaur Kamalın TikTok profilinin rəsmi şəkildə təsdiqlənməsi prosesinə dəstək göstərib. Nəticədə aparıcının hesabı platformada mavi təsdiq nişanı əldə edib.

Bildirilir ki, blogger eyni zamanda FASON AJANS adlı agentliyə rəhbərlik edir. Məhz agentlik tərəfindən edilən müraciətdən sonra TikTok administrasiyası hesabı yoxlayaraq rəsmi status verib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Mütəxəssislər qeyd edirlər ki, son dövrlər yerli agentliklər tanınmış şəxslərin sosial platformalarda təsdiqlənmiş hesab əldə etməsində daha fəal rol oynayır.

Qeyd olunur ki, sözügedən agentlik hazırda müxtəlif bloggerlər, kontent istehsalçıları və ictimai simalarla əməkdaşlığını davam etdirir.

 


OXŞAR XƏBƏRLƏR