Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik ABŞ-nin Əlcəzairin Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoymasından sonra mühüm açıqlama verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün böyük məsuliyyəti olduğunu bildirib.
ABŞ-nin vetosundan danışan BMT sözçüsü Dujarrik deyib: "Bizim mesajımız dəyişməyib. Baş katib Qəzzada humanitar atəşkəs çağırışını təkrarlayır və Təhlükəsizlik Şurasının tək səs olmasını istəyir".
Dujarrik 7 oktyabr 2023-cü il tarixindən sonra BMT Təhlükəsizlik Şurasında iki qətnamənin qəbul edildiyini və onların həyata keçirilməsinin vacib olduğunu bildirib.
Gülay