BMT: ABŞ iqlim dəyişikliyi ilə mübarizə razılaşmasının təsirini zəiflətməyə çalışır

BMT: ABŞ iqlim dəyişikliyi ilə mübarizə razılaşmasının təsirini zəiflətməyə çalışır
DÜNYA
19:24 05.05.2025
722
"ABŞ inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə, eləcə də gender bərabərliyinə və dayanıqlığa nail olunmasına istiqamətlənən razılaşmanın təsirlərini zəiflətməyə çalışır”.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının daxili sənədində bildirilib.

Həmçinin qeyd olunub ki, prezident Donald Tramp qlobal maliyyə sistemində nəzərdə tutulan islahatlara da əngəl yaradır.

Məlumatda Ağ Ev rəhbərinin hər addımda "Öncə Amerika!” konsepsiyasını irəli sürdüyü, bu konsepsiyanı qlobal böhranların həllinə çalışan beynəlxalq təşkilatların da qəbul etməsinə çalışdığı da açıqlanıb.

Qeyd edək ki, aprelin 11-də Meksika, Nepal, Norveç və Zambiya nümayəndələrinin də iştirak etdiyi tədbirdə iqlim dəyişikliyi ilə mübarizə sayəsində ümumilikdə 193 ölkənin mövqeyini əks etdirən sənəd razılaşdırılıb.

Qətnamənin əsas məqsədi yoxsulluqdan əziyyət çəkən ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək göstərməkdən ibarətdir.

ABŞ öz növbəsində sənəddən şirkətlərin fəaliyyət göstərdiyi ölkələrdə vergi ödəməli olduğu, inkişaf etməkdə olan dövlətlərdə vergi şəffaflığının artırılmasına dəstək, tükənməkdə olan yanacaq növlərinə subsidiyaların ayrılması, eləcə də kredit reytinqi sistemindəki islahatlar barədə müddəaların çıxarılmasını tələb edir.

Ehtimal olunur ki, bu ay ərzində tərəflərin müzakirə etdiyi sənədə bəzi dəyişikliklər olunacaq. Rəsmi Vaşinqton isə konsensus yolu ilə təsdiqlənməli olan yekun razılaşmaya dəyişikliklərdə israrlıdır.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Beynəlxalq Valyuta Fondu kimi iri maliyyə təşkilatlarının əsas səhmdarıdır.
 
\apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video