BMT açıqladı: Rəfahda bir dənə işlək xəstəxana qalmayıb

BMT açıqladı: Rəfahda bir dənə işlək xəstəxana qalmayıb
DÜNYA
10:02 04.06.2024
109
Birləşmiş Millətlər Təşkilatı Qəzzanın Rəfah bölgəsində heç bir funksional xəstəxananın qalmadığını açıqlayıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu təşkilatın baş koordinatoru Andrea de Domeniko Qüdsdəki ofisindən onlayn olaraq qatıldığı mətbuat konfransında Qəzza hadisələri ilə bağlı danışarkən deyib.

Domeniko "Qəzzanın mərkəzi bölgəsində xəstəxananın yenidən qurulması üçün böyük səylər var, lakin Rəfahda səhra xəstəxanalarından başqa daha funksional xəstəxana qalmayıb", - deyib.

Bölgəyə dünyanın hər yerindən tibbi qruplar göndərildiyini bildirən Domeniko bu həkimlərin yaralıları müalicə edəcək yer tapa bilməməsinin "ürək parçalayıcı" olduğunu vurğulayıb.

Andrea de Domeniko Qəzzada humanitar əməliyyatın işlək olub-olmaması ilə bağlı suallarını bildirsə də, indiki səlahiyyətləri çərçivəsində edə biləcəklərinin çox məhdud olduğunu bildirib.

Yaxın vaxtlara qədər Qəzzadakı BMT məktəblərində 600 mindən çox şagirdin təhsil aldığını xatırladan Domeniko qeyd edib ki, indi bu uşaqlara yerli qeyri-hökumət təşkilatlarının bəzi bədahətən fəaliyyətləri istisna olmaqla heç bir təhsil verilə bilməz.
"Düzünü desəm, hesab edirəm ki, dünyada sistemin bu qədər gərgin olduğu başqa heç bir yer yoxdur. İnanıram ki, Qəzzadan başqa bu şərtlər altında fəaliyyətini davam etdirə biləcək BMT missiyası yoxdur". Domeniko İsrailin hücumlarının ilin sonuna qədər davam etməsi ehtimalının "sadəcə qorxulu" olacağını söyləyib.

Domeniko çıxışında Qəzzada fəaliyyət göstərən humanitar yardım təşkilatlarının üzləşdiyi çətinliklər, məhdudiyyətlər və çətin həyat şərtləri haqqında məlumat verib və israillilərin yardım konvoylarına hücumlarından bəhs edib.
Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Həkim Halil ed-Dekran xəstəxanada xəstələrin və yaralıların sayının artması və bunun mənfi təsirləri barədə məlumat verib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR