BMT-Azərbaycan: tərəfdaşlığın 30 illiyi

BMT-Azərbaycan: tərəfdaşlığın 30 illiyi
SİYASƏT
16:16 29.06.2022
984
2022-ci il Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olmasının 30 illiyidir. 1992-ci ilin 2 mart tarixində BMT Baş Assambleyası Nyu-Yorkda keçirilən 46-cı sessiyasının 82-ci plenar iclasında qəbul etdiyi 46/230 saylı qətnamə ilə Azərbaycanı və digər səkkiz keçmiş sovet respublikasını BMT-yə yeni üzv kimi qəbul edib. Əslində, 1960-cı ildəki dekolonizasiyadan sonra 1992-ci il BMT-nin ən çox üzv qəbul etdiyi bir il oldu.
Yeni müstəqil dövlət olaraq Azərbaycan 1990-cı illərin əvvəllərində baş verən münaqişə üzündən ağır çətinliklərlə üzləşmişdi. Məhz bu səbəbdən BMT ilə Azərbaycan arasında tərəfdaşlığın ilk illərində BMT-nin yardımı əsasən qaçqınların və məcburi köçkünlərin təcili ehtiyaclarını qarşılamaqdan ibarət idi. BMT-nin ixtisaslaşmış agentlikləri 600,000-dən çox məcburi köçkünü və 200,000 qaçqını qida, səhiyyə xidmətləri, sığınacaq və digər qeyri-ərzaq məhsulları ilə təmin etmişdi. Hökumətin, yerli icmaların və beynəlxalq tərəfdaşların birgə səyləri genişmiqyaslı yerdəyişmənin kütləvi aclıq və epidemiyalar kimi ən faciəvi nəticələrinin qarşısının alınmasında mühüm rol oynayıb.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı ilə əlaqədar çıxışında dövlətimizin başçısı deyib: "Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu "Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”. 
"2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və "Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.
Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, Bakıətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir. Paytaxtın tarixi görkəmini qorumaqla müasir inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də təqdir olunur. Azərbaycan Prezidenti İlham Əliyevin sessiyada çıxışı zamanı da qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.
Bununla cənab Prezident Qarabağda yenidənqurma işlərində beynəlxalq həmrəyliyin bərqərar olmasını nümayiş etdirir. Artıq Azərbaycan Qarabağı sülh və əməkdaşlıq regionuna çevirməklə geopolitik gücünü göstərir. Bütün bunlar da ölkə başçısının daxili və xarici siyasətinin düzgün qurulmasının nəticəsdir. Bu, özünü xalq-iqtidar birliyində hər zaman büruzə verir. İkinci Qarabağ müahribəsində qələbəmizin əsas səbəblərindən biri də həmin günlərdə xalqın Prezidentə, Prezidentin isə xalqa arxalanması oldu. Məhz bu güc birliyi bizi qalib etdi.

Naftalan şəhər sakini Afət Mustafayeva
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər