BMT baş katibi bu ölkəyə çağırış etdi: Dərhal dayandırın

BMT baş katibi bu ölkəyə çağırış etdi: Dərhal dayandırın
DÜNYA
15:18 20.06.2023
276
İsrail Fələstinin təbii sərvətlərini qanunsuz mənimsəyir.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İsrailin İordan çayının qərb sahilində yeni məskunlaşma planına BMT sözçüsü tərəfindən yazılı açıqlama verilib.
 
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quttereş İsrailin yeni məskunlaşma qərarından narahat olduqlarını ifadə edib. İsraili bütün yaşayış məntəqələrində fəaliyyətini dərhal dayandırmağa çağırıb.

Məskunlaşmaların beynəlxalq hüququ açıq şəkildə pozulduğunu vurğulayan Quterreş ədalətli və davamlı sülhə də əngəl törədildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, İsrail Fələstin xalqının təbii sərvətlərinə qəsb edir.

Quterreş İsraildən qanuni öhdəliklərini yerinə yetirməsini tələb edib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR