BMT Baş katibi Kamboca ilə Tailand arasında atəşkəs razılaşmasını alqışlayıb

BMT Baş katibi Kamboca ilə Tailand arasında atəşkəs razılaşmasını alqışlayıb
DÜNYA
23:46 28.07.2025
208
BMT Baş katibi Kamboca ilə Tailand arasında atəşkəs razılaşmasını alqışlayıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Baş katibin sözçüsünün müavini Farhan Haq jurnalistlərə açıqlamasında deyib.

F.Haq bildirib ki, Baş katib atəşkəs razılaşmasını iki ölkə arasında mövcud gərginliklərin azaldılması və döyüş əməliyyatlarının dayandırılması istiqamətində müsbət addım kimi alqışlayır: "Baş katib hər iki ölkəni razılaşmaya tam şəkildə əməl etməyə və uzunmüddətli problemlərin həlli, davamlı sülhə nail olunması üçün əlverişli bir mühit yaratmağa çağırır”.

O, əlavə edib ki, BMT barışın əldə olunmasında rol oynayan Malayziyanın, eləcə də ABŞ və Çinin vəziyyətin dinc yolla həlli istiqamətində göstərdikləri səyləri yüksək qiymətləndirir. BMT bölgədə sülh və sabitliyin təşviqinə yönəlmiş səyləri dəstəkləməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR