BMT Baş katibi Qvineyada dövlət çevrilişini pislədi

BMT Baş katibi Qvineyada dövlət çevrilişini pislədi
DÜNYA
23:56 05.09.2021
1031
"Qvineyadakı vəziyyəti çox yaxından izləyirəm. Hökumətin silah gücü ilə ələ keçirilməsini şiddətlə qınayıram və prezident Alfa Kondenin dərhal sərbəst buraxılmasına çağırıram”.

APA xəbər verir ki, bunu BMT-nin Baş katibin Antoniu Quttereş Tvitter səhifəsində yazıb.

"Guinee News” xəbər portalının xəbərinə görə, üsyançıların lider, əvvəllər Fransanın xarici birliklərində (Legion) xidmət etmiş polkovnik Mamadi Dumbuya hökumətin buraxıldığını, mövcud konstitusiyanın ləğv edildiyini və ölkə sərhədlərinin bağlandığını elan edib.

Qeyd edək ki, bütün bunlara baxmayaraq, Qvineya səlahiyyətlilərinə görə, Kondenin mühafizəçiləri üsyançıların iqamətgaha hücumunu dəf ediblər.
OXŞAR XƏBƏRLƏR