BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq

BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
SİYASƏT
23:00 06.03.2026
419
BMT baş katibi Antonio Quterreş İranın Azərbaycanın Naxçıvan Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumlarından narahatdır.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.

"Biz bu hadisədən dərin narahatıq, xüsusilə mülki şəxslərin yaralanması və mülki infrastruktura dəyən ziyana görə. Baş katib yaralananlara şəfa arzulayır" , - Düjarrik jurnalistlərə Antonio Quterreşin sözlərini çatdırıb.

O bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlanıb.

S.Dujarrikin sözlərinə görə, məktubda dron hücumu barədə məlumat verilib və sənəd BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının üzvləri arasında yayılıb.

Sözçü xatırladıb ki, hadisə ilə bağlı dünən Azərbaycanın və İranın xarici işlər nazirləri arasında da müzakirə aparılıb.
OXŞAR XƏBƏRLƏR