BMT: Bütün ölkələrdən jurnalistlərin hüquqlarına hörmətlə yanaşmağı gözləyirik

DÜNYA
14:11 17.01.2025
114
"Bütün ölkələrdən jurnalistlərin hüquqlarına hörmətlə yanaşmağı gözləyirik".
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat xidmətinin müavini Farhan Haq Blinkenin ona etiraz edən iki jurnalisti brifinqdən zorla çıxartdırmasına fikir bildirərkən deyib.

"Hadisənin təfərrüatlarını bilmirəm lakin bütün ölkələrdən jurnalistlərin hüquqlarına hörmətlə yanaşmasını gözləyirəm".

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken brifinqdə çıxış edərkən zaldakı bəzi jurnalistlər onu soyqırımçı adlandıraraq etiraz ediblər.
 
Etiraz edən jurnalistlər polis əməkdaşları tərəfindən zorla zaldan çıxarılıb.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR