BMT: COVID-19-a qarşı vaksinə etibarsızlıq insanların sağlamlığına təhlükə yaradır

BMT: COVID-19-a qarşı vaksinə etibarsızlıq insanların sağlamlığına təhlükə yaradır
SAĞLAMLIQ
22:41 11.09.2020
746
COVID-19-a qarşı vaksinlərin, habelə koronavirusun diaqnostikası və müalicəsi üçün vasitələrin yaradılması və istehsalının sürətləndirilməsi üzrə aprel ayında başlanmış beynəlxalq təşəbbüsün uğur qazanması 35 milyard dollar pul lazımdır. Bu məbləğin 15 milyardı yaxın 3 ay ərzində ayrılmalıdır.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Baş katibi bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərinin iştirakı ilə keçirilən tədbirdəki çıxışında səsləndirib.

Ümumdünya Səhiyyə Təşkilatı cari ilin yanvar ayından başlayaraq vaksinin yaradılması, habelə heyvanlar üzərində tədqiqatlardan başlamış klinik sınaqlara qədər bu vaksinin yoxlanması üçün dünyada minlərlə alimin işini əlaqələndirir. Koronavirusun diaqnostikası üçün ÜST-də işlənib hazırlanmış metodlar bu gün bütün dünyada tətbiq edilir. ÜST-nin himayəsi ilə başlanmış "həmrəylik sınaqları"nda onlarca ölkə iştirak edib. Alimlər koronavirus infeksiyasının müalicəsi üçün müəyyən dərmanların və ya onların kombinasiyasının səməlilik dərəcəsini qiymətləndiriblər.

BMT-də əmindirlər ki, gələcək vaksinin və müalicənin təkcə bir ölkə və ya region üçün əlçatan olması qəbuledilməzdir. Planetin hər bir sakini səmərəli və təhlükəsiz terapevtik vasitələrdən istifadə edə bilməlidir. Quterreşin sözlərinə görə, vaksin üzərində aparılan iş bizim "ictimai nemət" dediyimiz dəyərin parlaq nümunəsidir, bu işin nəticələri bütün bəşəriyyətin mənafelərinə uyğun olmalıdır.

BMT Baş katibinin bu mövqeyi dünya liderlərinin çoxu tərəfindən dəstəklənir. Bu il aprel ayında genişmiqyaslı beynəlxalq əməkdaşlıq təşəbbüsünə start verilməsinə həsr edilmiş virtual tədbirdə Fransa Prezidenti və Almaniya Kansleri iştirak ediblər. Bugünkü forumda Avropa Komissiyasının sədri Ursula fon der Leyen, habelə Cənubi Afrika Respublikasının Prezidenti və Norveçin Baş Naziri çıxış edib.

Müxtəlif ölkələrdə minlərlə alim COVID-19-a qarşı vaksin üzərində işləyirlər. Əsas məsələ budur ki, vaksin təkcə seçilmişlər üçün deyil, ona ehtiyacı olan hər kəs üçün əlçatan olsun.

Bununla bərabər, BMT-nin Baş katibi xəbərdarlıq edir ki, müvafiq tədbirlərin reallaşdırılması üçün 35 milyard dollar, o cümlədən təcili olaraq 15 milyard dollar vəsait lazımdır. BMT rəhbəri "çoxsaylı paralel təşəbbüslərə və milli proqramlara" görə narahat olduğunu bildirib. O deyib: "Bu vəziyyət qlobal səyləri zəiflədir, bu, faydasız siyasətdir". Baş katibin sözlərinə görə, koronavirus infeksiyasının diaqnostikası, müalicəsi və onun qarşısının alınması vasitələrinin əlçatan olması bütün beynəlxalq birliyin mənafelərinə uyğundur.

BMT-nin Baş katibi çıxışının sonunda beynəlxalq birliyi həmrəylik göstərməyə çağıraraq vurğulayıb: "Biz hamımız COVID-19-a qarşı vaksinlərin, bu xəstəliyin diaqnostikası və müalicəsi üçün vasitələrin yaradılmasının və istehsalının sürətlənməsinə yönəlmiş səyləri dəstəkləməliyik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı